Avtomobil divara çırpıldı - Ölən və yaralanan var

 10:05 20.12.2025     470

Qazax rayonunun Dəmirçilər kəndində avtomobil qəzası baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, minik avtomobili idarəetmədən çıxaraq hasara çırpılıb.

Hadisə nəticəsində 24 yaşlı Nicat Alıyev həlak olub. 

29 yaşlı Mustafa Vələdov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən