Qəbələdə meşədə üzərinə ağac düşdü - ÖLDÜ

 18:00 22.12.2025     558

Qəbələdə meşədə üzərinə ağac düşən şəxs ölüb.

Redaktor.az "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Vəndam kəndində, meşəlik ərazidə baş verib. 

1970-ci il təvəllüdlü Nəriman Həbillah oğlu Bayramov meşədə olarkən üzərinə ağac düşüb, nəticəsində N.Bayramov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən