Avtomobil 78 yaşlı qadını vuraraq öldürdü

 09:49 23.12.2025     879

Cəlilabad rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

Redaktor.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən kənd sakini, 1947-ci il təvəllüdlü Südavər Quliyevanı "Ford Transit" markalı avtomobil vurub.

Qəza nəticəsində ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq o xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən