Ucarda qəza - 4 nəfər yaralandı
Ucarda yol qəzası olub.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Ucar- Göyçay avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. "VAZ 2106 "markalı minik maşını ilə "VAZ 21011" markalı maşın toqquşub. Nəticədə 4 nəfər - Rasim Novruzov, Şamil Cəbrayılov, Əzizaga Abbasov və Aynur Məhərrəmova xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.













