Bakıda iki nəfər dəm qazından boğulub öldü

 09:25 25.12.2025     329

Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayonu, Ü.Əkbərov küçəsində kirayə yaşayan Muradov Faiq Yusif oğlu evin həyətində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa, Xəzər rayonu Binə qəsəbəsi, Qardaşxan küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Qasımova Xəyalə Asif qızının yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən