Keçmiş məhkum dəm qazından boğularaq ÖLDÜ
İmişlidə kişi dəm qazından boğularaq ölüb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Çahar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1969-cu il təvəllüdlü Mehman Məmməd oğlu Nəsirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.













