Toy karvanında ağır qəza oldu - Ölənlər VAR

 18:39 27.12.2025     617

Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var.

Redaktor.az APA-ya istinadla məlumat verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

Toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub.

Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən