Ağdaşda maşın hasara çırpıldı - Xəsarət alan var

 22:17 28.12.2025     407

Ağdaşda maşın hasara çırpılıb.

Redaktor.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Maşad kəndi ərazisində baş verib. İdarəetmədən çıxan "Vaz 21015" markalı avtomobil yol kənarındakı hasara çırpılıb. İlkin məlumata görə, müxtəlif bədən xəsarətləri alan bir nəfər - 2003-cü il təvəllüdlü sürücü Yusif Məmmədov ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən