Bakıda güclü külək ağacı elektrik xəttinin üzərinə aşırdı - FOTO

 10:05 31.12.2025     448

Gecədən başlayan güclü külək Bakı və ətraf ərazilərdə ciddi fəsadlara yol açıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsində qırılan iri gövdəli ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə aşıb.

Hadisə nəticəsində yaxınlıqdakı evlərə və bir avtomobilə ziyan dəyib.

Qırılmış ağac küçədə sakinlərin hərəkətinə mane olub. Hadisə nəticəsində ətrafda olan evlər işıqsız qalıb.

22222
Vumart və Güvən reklamı Vumart Güvən