Lerikdə avtomobil dərəyə aşdı - Xəsarət alanlar VAR

 14:59 31.12.2025     356

Bu gün Lerik rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i qadın, 6-sı kişi) olmaqla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Redaktor.az bu haqda APA-ya istinadla məlumat verir.

Xəsarət alanlarla bağlı TƏBİB-dən xəbər verilib. 

Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub. 

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Vumart və Güvən reklamı Vumart Güvən