Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb

 16:43 01.01.2026     423

Cəlilabadda gənclər arasında mübahisə düşüb, bıçaqlanan var.

Redaktor.az xəbər verir ki, hadisə şəhər mərkəzində, Heydər Əliyev Seyrəngahında qeydə alınıb. 

Burada gənclər arasında mübahisə yaranıb. Mübahisə zəminində Cəlilabad rayon Uzuntəpə kənd sakini, 2009-cu il təvəllüdlü, M. Əsgərəli bıçaq xəsarətləri alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub və ilkin tibbi yardım göstərilib. Vəziyyətinə uyğun olaraq cərrahi əməliyyata alınıb.

Həkimlər onun vəziyyətini stabil olduğunu deyirlər.

Əməli törətməkdə şübhəli bilinən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən