Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Monteneqroda SAXLANILDI

 20:22 01.01.2026     816

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Monteneqro ərazisində yeri müəyyən edilib.

Redaktor.az xəbər verir ki, Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə maddəsi ilə başlanmış cinayət işi üzrə Salyan Rayon Polis Şöbəsi tərəfindən axtarışda olan Ramil Yaqub oğlu Mənsimov İnterpol kanalları vasitəsilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.

Vumart və Güvən reklamı Vumart Güvən