Goranboyda yıxılaraq başı betona dəyən qadın ÖLDÜ

 22:49 01.01.2026     937

Goranboyda bədbəxt hadisə baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1967-ci il təvəllüdlü N. Məmmədova yaşadığı binanın yanında beton dirəyə toxunaraq yıxılıb.

Nəticədə başından xəsarətlər alan qadın hadisə yerində ölüb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən