Bakıda mənzildə yanğın oldu - 1 nəfər tüstüdən zəhərləndi

 17:54 02.01.2026     395

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında məişət əşyaları və məişət tullantıları 18 m² sahədə qismən yanıb.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən