Gəncədə doqquzmərtəbəli binada yanğın OLDU

 19:50 02.01.2026     278

Gəncədə yanğın hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki sözü gedən ünvanda yerləşən doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində olan mənzildə anidən yanğın başlayıb. Dərhal əraziyə FHN yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən