Gəncədə bitişik evlərdə baş verən yanğın söndürüldü - YENİLƏNİB

 09:47 03.01.2026     411

Gəncədə bitişik evlərdə qeydə alınan yanğın söndürülüb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, yağınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.

Qeyd edək ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 6 yağınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

***

09:32

Gəncə şəhərində yanğın hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində bir-birinə bitişik üç fərdi yaşayış evində yanğın başlayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər yanğınsöndürmə bölmələrinin texnikası və şəxsi heyəti cəlb olunub.

Nəticədə iki ev yanıb, alov üçüncü evə keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən