Nənə, baba və azyaşlı nəvə dəm qazından zəhərləndi - YENİLƏNİB

 11:08 07.01.2026     445

Bu gün saat 00:50 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 2 nəfər (1 qadın, 1 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, bu barədə Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumata görə, onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. 1965-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2025-ci il təvəllüdlü şəxsin yaxınları iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina ediblər.

Qeyd edilib ki, hadisə nəticəsində 1962-ci il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Qusar rayonunda 3 nəfər dəm qazından zəhərlənib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, bu gün saat 01 radələrində 1962-ci il təvəllüdlü Riman Əlisultanov, həyat yoldaşı 1965-ci il təvəllüdlü Əntiqə Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü Emin Əlisultanov yaşadıqları Əniq kəndindəki evdə dəm qazından zəhərlənib.

R.Əlsultanov hadisə yerində ölüb.

Xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır.

Araşdırmalar aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən