Bakıda maşın yolda sərxoş vəziyyətdə uzanan gənci vurub ÖLDÜRDÜ

 11:20 07.01.2026     369

Sabunçu rayonunda maşın sərxoş kişini vurub.

Redaktor.az "Unikal"a istinadla xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Toğrul Süleymanov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtük üzərində uzanmış 2003-cü il təvəllüdlü Kənan Əmirovu vurub.

Kənan Əmirov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən