Bakıda avtomobil qadını vurub öldürdü

 09:51 08.01.2026     338

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, 1994-cü il təvəllüdlü Əliyev Səlim Etibar oğlunun idarə etdiyi "Mercedes Benz e400" markalı avtomobildə Sabunçu rayonu, Böyükşor yolunda hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Rəsulova Afaq Fikrət qızını vurub.

Piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzinə aparılıb. Həkimlərin səyinə baxmayaraq A. Rəsulova ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən