Ötən gün aşkarlanan silah-sursatın sayı AÇIQLANDI

 13:48 10.01.2026     407

Yanvarın 9-da polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silah tapıblar. 

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda 2 tapança, 13 qumbara, 2 pulemyot, 20 tüfəng, 23 patron darağı və 8518 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən