Oğuzda yük və minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var - YENİLƏNİB

 16:44 11.01.2026     413

Oğuzda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, qəza zamanı üç nəfər xəsarət alıb. “KİA”da olanlar Oğuz rayon sakinləri 1967-ci il təvəllüdlü İlqar Səfər oğlu Abışov və 1978-ci il təvəllüdlü Mətanət İkram qızı Ustakişiyeva.

“Mercedes Vito”nun sürücüsü Ayxan Qəzənfər oğlu Nəsibovdu (APA).

***

Oğuz rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Redaktor.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Kərimli kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan "Mercedes Vito" markalı yük avtomobili ilə "KİA" markalı minik avtomobili toqquşub. Qəza zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən