Cəlilabadda motosiklet təcili yardım maşınına çırpıldı - Xəsarət alanlar var

 10:37 13.01.2026     346

Cəlilabad rayonunda yol qəzası baş verib. 

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı motosiklet  təcili tibbi yardım avtomobilinə çırpılıb. Hadisə nəticəsində 2 nəfər - Şamil Abdalov və Şəmistan Musayev xəsarət alıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən