Ağdamda əkin sahəsində meyit TAPILDI
Ağdamda əkin sahəsində kişi meyiti tapılıb.
Redaktor.az-ın məlumata görə, hadisə rayonun Xındırıstan kəndi ərazisində qeydə alınıb. Meyiti tapılan şəxsin Baharlı qəsəbə sakini 1986-cı il təvəllüdlü Taleh Məmmədov olduğu bildirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır (APA).













