64 yaşlı qadın dəm qazından zəhərlənərək ÖLDÜ
Bakıda 64 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
Redaktor.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda baş verib.
Məlumata görə, 1962-ci il təvəllüdlü Züleyxa Xanbaba qızı Bayramova yaşadığı 3-cü Alatava yaşayış sahəsində evdə hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır (APA).













