Naxçıvanda iki türk tələbə dəm qazından boğulub öldü - Foto

 23:04 14.01.2026     369

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb.

Redaktor.az "Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.

Məlumata görə, Ahmet və Büşra adlı tələbələr Türkiyə vətəndaşlarıdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, onlar Naxçıvan Dövlət Universitetinin tələbələri imiş.

 

Vumart və Güvən reklamı Vumart Güvən