6 gün əvvəl avtomobilin vurduğu qadın xəstəxanada ÖLDÜ

 09:53 15.01.2026     411

Balakən rayonunda altı gün əvvəl avtomobilin vurduğu qadın xəstəxanada ölüb.

Redaktor.az xəbər verir ki, yanvarın 9-da Sadiq Balagözov idarə etdiyi "VAZ-2115" markalı avtomobillə Balakən rayonunun Qazma kəndindən şəhər istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, 64 yaşlı Cəərey Əliyevanı vurub.

Piyada aldığı xəsarətlərdən dünən xəstəxanada həyata itirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən