Goranboyda avtomobil aşdı - Xəsarət alanlar var - YENİLƏNİB

 10:24 16.01.2026     705

16.01.2026-cı il tarixində saat 09:20 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1-i kişi, 2-si qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Hazırda müalicələri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Börü kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza zamanı 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Yaralılar 1998-ci il təvəllüdlü F.Əliyev, 1971-ci il təvəllüdlü T.Əliyeva və 1989-cu il təvəllüdlü

S.Şadmanovadır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən