Şəmkirdə yük maşını ağaca çırpıldı - Bir nəfər ÖLDÜ

 18:54 17.01.2026     735

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford Tranzit" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı 1982-ci il təvəllüdlü Ş.Quliyev hadisə yerində ölüb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən