Şəmkirdə avtomobil ağaca çırpıldı - Ölən VAR - YENİLƏNİB

 12:38 18.01.2026     707

Xəsarət alması səbəbilə 18 yanvar saat 00:40 radələrində 1985-ci il təvəllüdlü (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Redaktor.az-a verilən xəbərə görə, ona döş qəfəsinin sağ tərəfinin plevra boşluğuna nüfuz edən kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

Şəmkirdə qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb.

Redaktor.az-ın xəbərinə görə, həkimlərin səylərinə baxmayaraq ağır xəsarət alan 1985-ci il təvəllüdlü R.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.

Digər xəsarət alan 2001-ci il təvəllüdlü K.Məmmədovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır (APA).


***
Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdlü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən