Qazaxda güclü qar səbəbindən evin talvarı çökdü - İki avtomobil altında QALDI

 10:06 20.01.2026     452

Qazaxda yağan güclü qar ciddi fəsadlara yol açıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Belə ki, ötən gecədən başlayan güclü qar kənd sakininə məxsus evin talvarını çökdürüb.

Nəticədə vətəndaşa məxsus "Chevrolet Malibu" və "Chevrolet Cruze" markalı minik maşınları talvarın altında qalaraq əzilib.

Hazırda qarın yağması davam edir.

2222
Vumart və Güvən reklamı Vumart Güvən