Ağstafada iki nəfər dəm qazından zəhərləndi - Biri hərbçidir

 10:10 21.01.2026     460

Ağstafada zəhərlənmə olub.

Redaktor.az xəbər verir ki, hadisə Ağstafa şəhərinin Hüseyn Arif küçəsində baş verib.

Belə ki, 2003-cü il təvəllüdü E.Məhərrəmli və 1994-cü il təvəllüdlü T.Yusifov huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Onlara müayinə zamanı zəhərlənmə diaqnozu təyin edilib. Dərhal hər iki şəxsə yadım edilib, hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, onlar yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər. Qeyd edək ki, zəhərlənənlərdən E.Məhərrəmlinin hərbçi olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Fakt araşdırılır ("Unikal").

Vumart və Güvən reklamı Vumart Güvən