Lerikdə güclü qar evin dam örtüyünü uçurdu - FOTO

 12:22 22.01.2026     372

Lerikdə güclü qar nəticəsində evin dam örtüyü uçub.

Redaktor.az xəbər verir ki, hadisə Lerik rayonunun Hamarmeşə kəndində qeydə alınıb. Kənd sakini Asəf Muradova məxsus fərdi yaşayış evinin dam örtüyü qarın ağırlığına tab gətirməyərək uçub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Damın uçması səbəbindən ev yaşayış üçün yararsız hala düşüb.

Hadisə barədə müvafiq qurumlara məlumat verilib, ailə müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib. Evdə olan əşyalar çıxarılıb.

Qeyd edək ki, kəndə 1 metrə yaxın qar yağıb (APA).

22222
Vumart və Güvən reklamı Vumart Güvən