Şabranda silah-sursat aşkarlandı

 10:40 23.01.2026     253

Şabran rayonunda polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı Liman kəndi ərazisində silah-sursat aşkarlanıb.

Redaktor.az-ın məlumatına görə, qeyd edilən ünvandan 1 ədəd avtomat, 5 ədəd patron darağı, 2 ədəd əl qumbarası, optik cihaz və 248 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən