Saatlıda maşın piyadanı VURDU

 10:25 26.01.2026     402

Saatlıda maşın 46 yaşlı kişini vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

1980-cı il təvəllüdlü Fizuli Mənsimov idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil ilə hərəkətdə olarkən yolu keçən piyada 1981-ci il təvəllüdlü Hikmət İsgəndərovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb (APA).

Vumart və Güvən reklamı Vumart Güvən