"Ağ şəhər"dəki məşhur hoteldə ofisiant öldürüldü - İş yoldaşı tutuldu

 11:32 26.01.2026     474

Bakıda hoteldə qətl hadisəsi baş verib.

Redaktor.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Xətai rayonunda yerləşən “Boulevard Hotel”də qeydə alınıb. Orada ofisiant kimi çalışan 1996-cı il təvəllüdlü Şəmistan Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Seymur Manafov polis əməkdaşları tərəfindən saxlanılıb.

Salanılan şəxsin də orada ofisiant olduğu, hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb.

Vumart və Güvən reklamı Vumart Güvən