Hakimin oğlu əvvəl arvadını bıçaqladı - Sonra özünü binadan atdı

 23:00 26.01.2026     507

“Qonşu binadan dünən gecə 35 yaşlı bir kişi özünü ataraq öldürüb. Özünə qəsd etməzdən əvvəl isə həyat yoldaşını bıçaqlayıb”.

Bu barədə müğənni Nura Suri paylaşım edib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ağ Şəhərdəki binalardan birində qısqanclıq zəminində baş verən insidentdən sonra qadın müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, hadisəni törədən şəxs Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu 34 yaşlı Emil Əliyevdir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən