5 yaşlı uşaq qıcolmadan ÖLDÜ - YENİLƏNİB

 12:44 29.01.2026     477

27.01.2026-cı il tarixində saat 21:50 radələrində 2021-ci il təvəllüdlü şəxs (qadın) ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. 

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası, qıcolma və spazm diaqnozu təyin edilən, epilepsiya xəstəsi olan pasiyentin aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq saat 22:40 radələrində ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

***

Gəncədə 5 yaşlı uşaq vəfat edib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini 2021-ci il təvəllüdlü R. Ellazalıyeva qıcolmadan ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən