Satıcı işlədiyi mağazada ÖLDÜ

 10:50 29.01.2026     423

Bərdədə mağazada satıcı ölüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndində yerləşən bitki dərmanlarının satışı mağazasında baş verib.

Əslən rayonun Qaradəmirçi kəndindən olan 1998-ci il təvəllüdlü Sabir Mehman oğlu Abbasov işlədiyi mağazada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, ölümün səbəbi araşdırılır (“Qafqazinfo”).

Vumart və Güvən reklamı Vumart Güvən