Şəmkirdə kişi dəm qazından boğuldu

 09:44 30.01.2026     273

Şəmkirdə 21 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

2005-ci il təvəllüdlü Ruhlan Məmmədov yaşadığı fərdi yaşayış evinin yataq otağında quraşdırılmış qazla işləyən “Ceyran” tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən