Həmin uşaq valideynlərinə təhvil verildi - VİDEO - YENİLƏNİB

 15:58 30.01.2026     816

Bakıda küçədə tapılan azyaşlı valideynlərinə təhvil verilib.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat yayıb.

***

Polis tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb. Atası ekoloji nəzarət postuna dəvət olunub.

***

YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Fərid adlı azyaşlı uşaq aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a bildirilib ki, uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər.

Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur.

2
Vumart və Güvən reklamı Vumart Güvən