Polis Bakıda əməliyyat keçirdi - VİDEO

 16:28 30.01.2026     435

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Eldar Əliyev şübhəli şəxs qismində saxlanılıb. 

Ondan 6 kiloqrama yaxın marixuana və həşiş aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, E.Əliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən