Yük avtomobili piyadanı vuraraq öldürdü

 11:49 31.01.2026     567

Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, Xaçmaz rayon sakini Səbuhi Mahmudovu yük avtomobili vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən