Göygöl sakini kəsici alətlə xəsarət aldı

 17:54 01.02.2026     394

Göygöldə 34 yaşlı kişi kəsici alətlə xəsarət alıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü O. Həsənov qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb.

Xəstəyə zəruri tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən