Yaşlı kişini maşın vurub öldürdü
Qaxda 77 yaşlı kişini minik avtomobili vuraraq öldürüb.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Güllük kəndində baş verib.
Belə ki, həmin kənd sakini 1949-cu il təvəllüdlü Əliyev Abdurahman Hacımurad oğlunu minik avtomobili vurub.
Ağır bədən xəsarətləri alan 77 yaşlı kişi hadisə yerindəcə ölüb.
Faktla baglı araşdırma aparılır.













