“Kəpəz”in futbolçusunu bıçaqlayan şəxs tutuldu

 09:55 04.02.2026     325

Gəncədə futbolçunu bıçaqlayan şəxs tutulub.

Redaktor.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Veysəl Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki bıçaqlanan şəxs “Kəpəz”in futbolçusu Veysəl Rzayevdir.

Vumart və Güvən reklamı Vumart Güvən