"Oba" marketdə müştəri ÖLDÜ

 12:13 04.02.2026     281

Bakıda 75 yaşlı qadın marketdə vəfat edib.

Redaktor.az xəbər verir ki, hadisə fevralın 3-ü saat 13 radələrində Nizami rayonu C.Naxçıvanski küçəsi 73-də yerləşən “Oba” marketdə baş verib.

Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Gülsarə İsa qızı Mirzəliyeva orada qəfil vəfat edib. Marketə müştəri qismində gələn şəxsin infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır (“Qafqazinfo”).

Vumart və Güvən reklamı Vumart Güvən