Qaradağda dərmandan zəhərlənən kişi xəstəxanada ÖLDÜ

 17:57 09.02.2026     277

Qaradağ rayonunda dərmandan zəhərlənən 36 yaşlı kişi xəstəxanada ölüb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün rayonun Lökbatan qəsəbəsində baş verib.

Qəsəbə sakini 1990-cı il təvəllüdlü İsgəndər Hacıyev fevralın 3-də dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, ötən gün orada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən