Polis silah-sursat aşkarladı

 12:06 10.02.2026     201

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Redaktor.az xəbər verir ki, fevralın 9-u polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança və 23 tüfəng aşkar edib.

Bundan başqa, 1 patron darağı və 55 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən