Goranboyda qarlı hava qəzaya səbəb oldu - FOTO

 10:04 11.02.2026     801

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Qazanbulaq kəndi yaxınlığında qeydə alınıb.

Kəlbəcər rayon sakini, 1978-ci il təvəllüdlü E. Əliyevin idarə etdiyi 2107 markalı avtomobil Goranboy şəhər sakini, 1990-cı il təvəllüdlü Z. Əşrəfzadənin idarə etdiyi “Mazda” markalı minik maşını ilə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, hadisə yolun qarlı olması səbəbindən baş verib.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır

2
Vumart və Güvən reklamı Vumart Güvən