Ər-arvad dəm qazından zəhərləndi - Biri öldü

 10:41 12.02.2026     326

Bakıda ər-arvad dəm qazından zəhərlənib.

Redaktor.az xəbər verir ki, hadisə ötən gecə Sabunçu rayonu Nardaran qəsəbəsində baş verib.

1962-ci il təvəllüdlü Rəşad Əliyev və həyat yoldaşı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva evdə qazdan zəhərləniblər.

R.Əliyev hadisə yerində ölüb. D.Əliyeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Araşdırmalar aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən